
Abşeron rayonu, Xırdalan şəhərində yanğın hadisəsi qeydə alınıb.
Qanuntv.az xəbər verir ki, yanğın “Kristal Abşeron-2” yaşayış kompleksində, çoxmərtəbəli binanın 10-cu mərtəbəsində baş verib.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb.
Faktla bağlı araşdırma aparılır.





