
İsrailin kəşfiyyat xidməti “Mossad”ın rəhbəri David Barnea İranla bağlı mövcud vəziyyəti müzakirə etmək məqsədilə ABŞ-yə səfər edib.
Məlumata görə, səfər çərçivəsində Barneanın ABŞ rəsmiləri ilə görüşlər keçirəcəyi gözlənilir. Görüşlərdə İran ətrafında yaranmış gərginlik, regional təhlükəsizlik məsələləri və mümkün gələcək addımların müzakirə olunacağı bildirilir.
Qeyd olunur ki, bu səfər İsrail və ABŞ arasında İranla bağlı kəşfiyyat və təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. ABŞ tərəfi ilə aparılacaq danışıqların detalları hələlik açıqlanmayıb.





