
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.
"HaberGlobal"a istinadən "Report"un məlumatına görə, liderlər iki ölkə arasındakı münasibətləri və Suriyadakı son hadisələri müzakirə ediblər.
Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə, həmrəyliyinə, sabitliyinə və təhlükəsizliyinə böyük önəm verdiyini bildirib. O, Suriya ərazisinin terrorizmdən tamamilə təmizlənməsinin həm Suriya, həm də region üçün vacib olduğunu və Ankaranın Dəməşqə, xüsusən də terrorizmlə mübarizədə dəstəyinin artmağa davam edəcəyini vurğulayıb.





