
İranla artan regional gərginlik fonunda ABŞ istehsalı olan yeni “F-35” döyüş təyyarələri İsrailə çatdırılıb.
Qanuntv.az xəbər verir ki, ABŞ-ın aparıcı müdafiə korporasiyası “Lockheed Martin” tərəfindən istehsal edilən təyyarələr İsrail Hərbi Hava Qüvvələrinin müxtəlif eskadrilyaları tərəfindən qəbul olunub.
İsrail ordusunun yaydığı məlumatda bildirilib ki, bu addım iki ölkə arasında mövcud olan təhlükəsizlik tərəfdaşlığının mühüm tərkib hissəsidir. Qeyd olunub ki, İsrail Yaxın Şərqdə sabitliyin qorunub saxlanılmasına sadiq qalaraq ABŞ ilə hərbi və strateji əməkdaşlığa xüsusi önəm verir.
Məlumata görə, yeni “F-35” qırıcılarının İsrailin hava hücumundan müdafiə və hücum imkanlarını daha da gücləndirəcəyi gözlənilir. Təyyarələrin bölgədəki mövcud təhlükəsizlik balansına təsir göstərəcəyi də istisna edilmir.





