
ABŞ şirkətləri 2026-cı ilin yanvar ayında 108 435 iş yerinin ixtisarını elan edib ki, bu, 2009-cu ildən bəri ən yüksək göstərici hesab olunur. Ötən ilin eyni dövrü ilə müqayisədə ixtisarlar 118% artıb.
Eyni zamanda, işə qəbul planları 13% azalıb və 5 306 nəfərə düşüb ki, bu da 2009-cu ildən bəri yanvar ayı üçün ən aşağı səviyyədir.
İxtisarların əsas səbəbləri iqtisadi şəraitin çətinliyi, şirkətlərdə restrukturizasiya prosesləri və iri müştərilərlə müqavilələrin itirilməsi kimi amillərlə izah edilir.
Analitiklərin məlumatına görə, ixtisarların təxminən yarısı “Amazon”, “UPS” və “Dow” şirkətlərinin payına düşür.
İqtisadi ekspertlər bildirir ki, bu tendensiya ABŞ-da iş bazarında qeyri-müəyyənlikləri gücləndirir və əmək bazarında gələcək perspektivlər üçün siqnal rolunu oynayır.





