
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17A Globemaster III və MC-130 Super Hercules tipli hərbi-nəqliyyat təyyarələrinin Türkmənistanda naməlum bir əraziyə eniş etdiyi bildirilib.
Qanuntv.az xəbər verir ki, məlumatı açıq mənbəli uçuş izləmə platforması FlightRadar24 yayıb. Təyyarələrin eniş nöqtəsi rəsmi olaraq açıqlanmayıb.
Xüsusi diqqət çəkən məqam MC-130 Super
Hercules təyyarəsinin funksiyasıdır. Bu təyyarə əsasən:
xüsusi təyinatlı qüvvələrin daşınması,
gizli və gecə əməliyyatları,
helikopterlərə uçuş zamanı avadanlıq ötürülməsi,
qeyri-standart eniş-qalxma missiyaları üçün istifadə olunur.
Qeyd edək ki, Türkmənistanın Tehrandan təxminən 300 km məsafədə yerləşməsi bu enişin strateji əhəmiyyətini artırır. Analitiklər hesab edir ki, bu addım ABŞ-ın İrana yaxın bölgələrdə hərbi mövcudluğunu gücləndirməsinə dair növbəti siqnal sayıla bilər.





