
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) erməni fiqurlu konkisürənlər Karina Akopova və Nikita Raxmaninin qısa proqramda “Arsax” adlı musiqidən istifadə etməsinə qarşı etdiyi etirazla bağlı tədbir görülüb.
Qanuntv.az xəbər verir ki, MOK-un narazılığı ilə bağlı məsələ Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Konkisürmə Birliyinin (ISU) rəsmi nümayəndələri tərəfindən qiymətləndirilib.
Bildirilib ki, erməni idmançıların seçdiyi musiqi Olimpiya Xartiyasında nəzərdə tutulan siyasi neytrallıq prinsiplərinə uyğun deyil. Bu səbəbdən yarış zamanı istifadə olunacaq musiqinin adının dəyişdirilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.





