
İranın Ali Rəhbəri Əli Xamenei-nin ölümündən sonra ölkədə idarəetməni müvəqqəti olaraq həyata keçirəcək şəxslərin kimliyi açıqlanıb.
Məlumata görə, keçid dövründə ölkə rəhbərliyini üç nəfərdən ibarət struktur həyata keçirəcək. Bu şəxslər İran Prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei və Konstitusiyanın Keşikçiləri Şurası-nın adı açıqlanmayan üzvüdür.
Bildirilir ki, sözügedən şəxslər ölkədə siyasi sabitliyin qorunması və ali rəhbər vəzifəsinə yeni namizədin müəyyənləşdirilməsi prosesinə qədər dövlət idarəçiliyini təmin edəcəklər. Keçid mexanizmi İran Konstitusiyasının müvafiq maddələrinə əsasən tətbiq olunur.




