
ABŞ-ın prezidenti Donald Tramp bəyan edib ki, İranın Ali Rəhbəri Əli Xamenei-nin öldürülməsindən sonra Tehranla mümkün razılaşma əldə etmək “çox daha asan” olacaq.
Trampın sözlərinə görə, ABŞ və İsrailin həyata keçirdiyi və Xameneinin ölümü ilə nəticələnən hücumlar “effektiv olub” və regionda yeni siyasi reallıq yaradıb. O bildirib ki, yaranmış vəziyyət diplomatik proses üçün əlavə imkanlar aça bilər.
Prezident hesab edir ki, İran rəhbərliyində dəyişiklik danışıqların tempinə və məzmununa birbaşa təsir göstərəcək. Bununla belə, Tehran tərəfi hələlik bu açıqlamaya rəsmi münasibət bildirməyib.
Analitiklər isə qeyd edirlər ki, belə bəyanatlar regionda onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirə və yeni siyasi qarşıdurmalara səbəb ola bilər.





