
ABŞ tərəfindən İran-a qarşı həyata keçirilən hərbi əməliyyatda genişmiqyaslı qüvvələrin cəlb olunduğu bildirilir.
Məlumata görə, əməliyyatda 50 mindən artıq hərbçi, 200-ə yaxın hərbi təyyarə və 2 aviadaşıyıcı gəmi iştirak edir. Bölgəyə əlavə dəniz və hava qüvvələrinin yönləndirildiyi də qeyd olunur.
Hərbi ekspertlər bu miqyasın regionda ciddi eskalasiya riskini artırdığını bildirirlər. Əməliyyatın məqsədi və hədəfləri ilə bağlı rəsmi açıqlamalar məhdud olsa da, tərəflər arasında gərginliyin pik həddə çatdığı vurğulanır.





