
İran ABŞ və İsraillə münaqişə zamanı 119 pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.
Qanuntv.az xəbər verir ki, rəsmi məlumatlara görə, zərərsizləşdirilən pilotsuz aparatların ümumi dəyəri 500 milyon dollardan 2 milyard dollara qədər qiymətləndirilir.
Bildirilib ki, bu pilotsuz uçuş aparatları ABŞ və İsrail tərəfindən istifadə olunan müxtəlif tipli dronlar olub.
Məlumata əsasən, hadisə regionda davam edən hərbi gərginlik fonunda baş verib. İran tərəfi hava hücumundan müdafiə sistemlərinin bu prosesdə fəal iştirak etdiyini vurğulayıb.





