
Ukraynanın Türk axını qaz kəməri üzərindən Avropaya nəql olunan Rusiya qazına mümkün hücumu NATO ölkəsinə qarşı hücum kimi qiymətləndirilə bilər.
Bu barədə Viktor Orbanın ofisinin rəhbəri Gergey Quyaş açıqlama verib.
O bildirib ki, Macarıstan və Slovakiyanın enerji təhlükəsizliyinə zərər vurmaq istəyən Ukraynadan müxtəlif addımlar gözlənilə bilər. Onun sözlərinə görə, əgər “Türk axını” qaz kəmərinə hücum Türkiyə ərazisində baş verərsə, bu, NATO üzvü olan bir ölkəyə hücum kimi qiymətləndiriləcək.
Rəsmi əlavə edib ki, Ukraynanın davranışı ilə bağlı illüziyaya qapılmaq olmaz və Kiyev istənilən an Avropanın enerji təhlükəsizliyini, o cümlədən hərbi vasitələrlə təhlükə altına qoya bilər.





