
Nyu-York ştatının LaGuardia hava limanına eniş edən sərnişin təyyarəsi uçuş-enmə zolağında yanğınsöndürən maşınla toqquşub.
Qanuntv.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, dəhşətli qəzada çoxsaylı ölüm və yaralanma halları qeydə alınıb. Hadisə səbəbindən hava limanı təhlükəsizlik məqsədilə bağlanıb.
Müvafiq qurumlar və təcili yardım xidmətləri hadisə yerində fəaliyyət göstərir və vəziyyətin dəqiqləşdirilməsi davam edir.





