
Qanuntv.az xəbər verir ki, azərbaycanlı hakim Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb.
O, 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçiriləcək Niderland – Belarus qarşılaşmasını idarə edəcək.
Matçda Tural Qurbanova həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Vlatko İlioski yerinə yetirəcək.





