
Leyla Əliyeva və Arzu Əliyeva İçərişəhərdə yerləşən Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər.
Qanuntv.az xəbər verir ki, Leyla Əliyeva festival çərçivəsində sərgilənən əl işləri, milli xalça nümunələri və müxtəlif sənətkarlıq stendləri ilə tanış olub.
Tədbirdə Azərbaycanın xalçaçılıq ənənələrinin təbliği, milli-mədəni irsin qorunması və beynəlxalq səviyyədə tanıdılması məqsədilə müxtəlif nümayişlər və təqdimatlar təşkil edilib.
Festival yerli və xarici qonaqların böyük marağına səbəb olub. İçərişəhərdə keçirilən tədbirdə müxtəlif ölkələrdən sənətkarlar və xalça ustaları da iştirak ediblər.









