
Macarıstan fevral ayında müsadirə olunmuş “Oşadbank”a məxsus pul və qızılı Ukraynaya geri qaytarıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat yayıb.
Zelenski Budapeştin bu addımını “konstruktiv və sivil qərar” kimi qiymətləndirərək Macarıstana təşəkkür edib.
Xatırladaq ki, fevral ayında Macarıstanın sabiq baş naziri Viktor Orban ilə Zelenski arasında Drujba neft kəməri ilə bağlı ciddi gərginlik yaranmışdı.
Aprelin 12-də keçirilən parlament seçkisində qalib gələn Peter Madyar Kiyevlə qarşıdurmanın davam etdirilməyəcəyini bildirib və bundan sonra neft tədarükünün bərpa olunduğu qeyd edilib.
Bundan əvvəl Macarıstanın Milli Vergi və Gömrük Xidməti çirkli pulların yuyulması şübhəsi ilə bir neçə Ukrayna vətəndaşını, o cümlədən sabiq hərbi strukturlardan bir generalı saxlamışdı. Onların Avstriyadan Ukraynaya milyonlarla dollar və avro, həmçinin qızıl daşıdığı iddia olunurdu.





