![]()
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək Qələbə Günü paradında iştirak etməyəcək.
Məlumata görə, Nikol Paşinyan bu barədə Nazirlər Kabinetinin iclasından sonra təşkil olunan brifinqdə açıqlama verib.
Baş nazir bildirib ki, o, hələ aprelin 1-də Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşündə tədbirə qatıla bilməyəcəyini qarşı tərəfə çatdırıb. Paşinyan qərarını ölkədə aparılan seçki kampaniyası ilə əlaqələndirib.
“Buna görə də mən bu barədə daha öncə məlumat vermişdim”, – deyə Ermənistan hökumətinin başçısı vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan ötən il – Qələbə Gününün 80 illiyinə həsr olunan hərbi paradda iştirak etmişdi.





