
Rusiya rəhbərliyi Böyük Vətən müharibəsində qazanılmış Qələbənin 81-ci ildönümü münasibətilə bayram günlərində atəşkəs rejimi tətbiq edəcəyini açıqlayıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, atəşkəs 8 may saat 00:00-dan (Bakı vaxtı ilə 01:00) başlayaraq 10 may tarixinədək qüvvədə olacaq.
Məlumata əsasən, qərar Vladimir Putinin tapşırığı ilə qəbul edilib.
“Rusiya Federasiyasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Vladimir Putinin qəbul etdiyi qərara uyğun olaraq, sovet xalqının Böyük Vətən müharibəsindəki Qələbəsinin 81-ci ildönümü ilə əlaqədar Rusiya tərəfi 8 may saat 00:00-dan 10 may tarixinədək atəşkəs elan edir”, – deyə bəyanatda vurğulanıb.





