
İran mediasında Ermənistanla bağlı sərt məzmunlu açıqlama yayılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Yayılan açıqlamada bildirilir ki, Ermənistan Yaxın Şərqdə İranın son dövrlərdə atdığı addımları düzgün qiymətləndirməzsə, bundan ən çox zərər görən tərəf özü olacaq.
Açıqlamada həmçinin qeyd olunub ki, İran regionda müxtəlif istiqamətlər üzrə təsir imkanlarına malikdir və lazım gəldiyi halda Ermənistanı da hədəf kimi nəzərdən keçirə bilər.
Məsələ ilə bağlı rəsmi İrəvanın və ya digər aidiyyəti qurumların mövqeyi hələlik açıqlanmayıb.





