
Ukrayna Rusiyanı müharibəni dayandırmağa sövq etmək üçün əməliyyata başlayır
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanı müharibəni dayandırmağa məcbur etmək məqsədilə 40 günlük təsir əməliyyatına başlayır.
Qanuntv.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.
Zelenskinin sözlərinə görə, UTX rəhbəri Yevgeni Xmara “uzaqmənzilli sanksiyalar, ortamənzilli sanksiyalar planı” və “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin cəbhədəki fəaliyyəti barədə hesabat təqdim edib.
Ukrayna lideri bildirib ki, son aylarda məhz UTX müxtəlif tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə Ukraynanın cəbhədəki mövqelərinin qorunmasında yüksək nəticələr göstərib.





