
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Şimali Makedoniyanın Skopye şəhərində keçirilən güləş üzrə U20 Avropa çempionatında qızıl medal qazanıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, Ruzanna Məmmədova final qarşılaşmasında Türkiyə təmsilçisi Özdenur Özmezlə üz-üzə gəlib. Gərgin keçən görüşdə Azərbaycan idmançısı rəqibinə 6:0 hesabı ilə qalib gələrək Avropa çempionu adına layiq görülüb.
Qeyd edək ki, bu uğur Azərbaycan qadın güləşinin beynəlxalq arenada növbəti mühüm nailiyyətlərindən biri hesab olunur. Ruzanna Məmmədovanın qazandığı qızıl medal ölkəmizin idman salnaməsinə daha bir parlaq səhifə əlavə edib.





