
Məktəbəqədər təhsil müəssisələri uşaqların şəxsiyyət kimi formalaşmasında, onların ilkin bilik və bacarıqlara yiyələnməsində mühüm rol oynayır. Bu sahədə öz peşəkarlığı və məsuliyyətli fəaliyyəti ilə seçilən şəxslərdən biri də Bərdə rayon Qarağacı kənd körpələr evi-uşaq bağçasının müdiri Bəsti Talıbovadır.
Qanuntv.az-a daxil olan müraciətlərdə valideynlər Bəsti Talıbovanın rəhbərlik etdiyi bağçada yaradılan sağlam mənəvi mühiti, uşaqlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirirlər. Bildirilir ki, müəssisədə körpələrin təhlükəsizliyi, onların hərtərəfli inkişafı və keyfiyyətli tərbiyə alması daim diqqət mərkəzində saxlanılır.
Valideynlərin sözlərinə görə, Bəsti Talıbova yüksək idarəçilik bacarığı, humanist keyfiyyətləri və uşaqlara olan səmimi münasibəti ilə kollektiv və ictimaiyyət arasında böyük hörmət qazanıb. Onun rəhbərliyi ilə bağçada nizam-intizamın, səmimi münasibətlərin və təlim-tərbiyə prosesinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.
Qeyd edilir ki, gələcəyimiz olan körpələrin sağlam və vətənpərvər ruhda yetişdirilməsi naminə göstərilən bu fədakar fəaliyyət valideynlər tərəfindən xüsusi rəğbətlə qarşılanır.
Qanuntv.az olaraq hesab edirik ki, məktəbəqədər təhsil sahəsində peşəkarlığı, məsuliyyətli fəaliyyəti və uşaqlara göstərdiyi qayğı ilə seçilən belə rəhbərlərin fəaliyyəti cəmiyyət üçün örnəkdir və hər zaman təqdir olunmalıdır.





