
Uşaqların ilk təhsil pilləsi olan məktəbəqədər müəssisələr onların gələcək həyatının və şəxsiyyət kimi formalaşmasının əsasını təşkil edir. Məhz buna görə də bu sahədə çalışan rəhbərlərin peşəkarlığı və məsuliyyət hissi xüsusi əhəmiyyət daşıyır. Tovuz Lalə şəhər körpələr evi-uşaq bağçasının müdiri Ceyran Aslanova da öz fəaliyyəti ilə valideynlərin və ictimaiyyətin rəğbətini qazanan təhsil rəhbərlərindən biridir.
Qanuntv.az-a ünvanlanan müraciətlərdə qeyd olunur ki, Ceyran Aslanovanın rəhbərliyi altında bağçada uşaqlar üçün sağlam, təhlükəsiz və sevgi dolu bir mühit formalaşdırılıb. Burada hər bir körpənin fərdi inkişafına diqqət yetirilir, onların bilik və bacarıqlarının üzə çıxarılması, milli-mənəvi dəyərlər ruhunda böyümələri üçün məqsədyönlü işlər həyata keçirilir.
Valideynlərin sözlərinə görə, Ceyran xanım öz işinə böyük sevgi ilə yanaşan, yüksək təşkilatçılıq qabiliyyətinə malik, uşaqların sevincini və xoşbəxtliyini fəaliyyətinin əsas prinsipi hesab edən rəhbərdir. Onun insanlarla səmimi münasibəti, kollektiv arasında qarşılıqlı hörmət və etimad mühitinin yaradılması bağçanın nüfuzunun daha da artmasına səbəb olub.
Bildirilir ki, bağçada təşkil olunan müxtəlif tədbirlər, uşaqların yaradıcılıq potensialının inkişafına göstərilən diqqət və onların asudə vaxtının səmərəli təşkili valideynlər tərəfindən xüsusi məmnunluqla qarşılanır. Bu isə bir daha göstərir ki, Ceyran Aslanova məktəbəqədər təhsilin inkişafına öz töhfəsini verən fədakar və məsuliyyətli rəhbərlərdən biridir.
Gələcəyimiz olan uşaqların savadlı, vətənpərvər və sağlam ruhda yetişdirilməsi istiqamətində göstərilən bu xidmətlər cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Belə ziyalı və peşəkar rəhbərlərin fəaliyyəti hər zaman yüksək qiymətləndirilməli və ictimaiyyətə nümunə kimi təqdim olunmalıdır.
Qanuntv.az olaraq, Tovuz Lalə şəhər körpələr evi-uşaq bağçasının müdiri Ceyran Aslanovaya gələcək fəaliyyətində uğurlar arzulayır, onun məktəbəqədər təhsil sahəsindəki xidmətlərini təqdirəlayiq hesab edirik.





