
Qazaxıstanlı 15 yaşlı futbolçu Kərim Mendikanov İspaniyanın nəhəng klubu "Barselona" ilə müqavilə imzalayıb.
Qanuntv.az xəbər verir ki, gənc futbolçu bu barədə özünün "Instagram" hesabında paylaşım edib.
Məlumata görə, Kərim Mendikanov bundan sonra klubun məşhur "La Masiya" akademiyasında çıxış edəcək. O, paylaşımında sevincini ifadə edərək bildirib:
"Həyatımın klubu ilə müqavilə imzaladığım üçün çox qürurluyam".
Qeyd edək ki, Kərim Mendikanov futbol karyerasına Qazaxıstanın "Astana Junior" klubunda başlayıb. O, 2022-ci ildə İspaniyaya köçərək burada "Serdanyola" və "San-Kuqat" komandalarının U-15 heyətlərində çıxış edib.
Beləliklə, Kərim Mendikanov "Barselona" ilə rəsmi müqavilə bağlayan ilk qazaxıstanlı futbolçu kimi tarixə düşüb.





