
Qanuntv.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb. Bildirilir ki, İstanbul Prokurorluğunun Türkiyə futbolunda qanunsuz mərc oyunları ilə bağlı apardığı əməliyyat çərçivəsində 14 futbolçu barəsində həbs qərarı verilib. Həmin siyahıda İsmail Karakaşın da adı yer alıb.
26 yaşlı müdafiəçi Azərbaycan U-17 və U-19 milli komandalarının üzvü olub. O, U-19 millisində 3, U-17 millisində isə 11 oyunda meydana çıxıb. Karakaş 2017-ci ildə Bakıda keçirilən U-17 Avropa çempionatında da iştirak edib.
Qeyd edək ki, İsmail Karakaş hazırda Türkiyənin 3-cü liqasında çıxış edən “Erciyes 38” klubunun futbolçusudur.





