• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Tahir Rzayev: “İranda səfirliyimizin təhlükəsizliyi təmin edilmirsə, orada fəaliyyətin anlamı da yoxdur” [xfvalue_red]

30 Ock, 23 - 14:39

Tahir Rzayev: “İranda səfirliyimizin təhlükəsizliyi təmin edilmirsə, orada fəaliyyətin anlamı da yoxdur”


“Azərbaycanın İranla bağlı mövqeyi dəyişməyəcək. Biz haqsızlıqla, cənub qonşumuzun düşmənçiliyi ilə barışmayacağıq və tələblərimizdə qətiyyətliyik. Rəsmi Tehran öz siyasi gedişlərinə düzəliş etməsə, gələcəkdə gərginlik dərinləşə, diplomatik əlaqələr tamamilə qırıla bilər”.

Bu sözləri Oxu.Az-a şərhində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktının nəticələri haqqında danışarkən Milli Məclisin deputatı Tahir Rzayev deyib. O qeyd edib ki, uzun müddətdir anti-Azərbaycan siyasəti yeridən, düşmənlərimizi dəstəkləyən İran bundan sonrakı addımlarına diqqət etməli olacaq:

“İran tərəfi hər zaman Azərbaycan haqqında hüquq normalarına uyğun olmayan, yalan, böhtan xarakterli bəyanatlar səsləndirir. Son hadisə - Tehrandakı səfirliyimizə qarşı terror aktı - göstərdi ki, İran Azərbaycana düşməndir və bu addımları planlı şəkildə həyata keçirir. Bu, qonşu ölkə ilə münasibətlərdə yaxşı nəticələr vəd etmir. Azərbaycan Prezidenti İlham Əliyev də qətiyyətli mövqeyini bildirdi, baş vermiş hadisəni terror aktı adlandırdı. Xarici İşlər Nazirliyi, digər dövlətlərin rəhbərləri, beynəlxalq təşkilatlar hücuma mənfi münasibətlərini bildirdilər. Artıq İrandakı səfirliyimizin nümayəndələri ölkəyə gətiriliblər. Bu düzgün və yerində verilmiş qərar idi. İranda səfirliyimizin təhlükəsizliyi təmin edilmirsə, orada fəaliyyətin anlamı da yoxdur.

İran hakimiyyəti bu barədə ciddi mövqe sərgiləmədi, ancaq gecikmiş başsağlığı ilə kifayətləndi. Halbuki terror aktı ciddi araşdırılmalı, cinayətkar ağır cəza almalıdır. İran Azərbaycandan üzr istəyərək, öz səhvini etiraf etməlidir. Bundan sonra təhlükəsizlik məsələsinə ciddi yanaşılmazsa, diplomatik əlaqələrin bərpası da mümkün olmayacaq”.

Səfirliyin fəaliyyətinin dayandırılması barədə qərarın asan verilmədiyini vurğulayan deputatın sözlərinə görə, İranda yaşayan milyonlarla azərbaycanlının taleyi, problemləri ilə daim maraqlanmaq lazım gəlir:

“Onların təhlükəsizliyi, müraciətlərinə diqqət yetirilməsi, problemlərinin həlli Azərbaycanı hər zaman düşündürüb. Bundan sonra da soydaşlarımızın taleyi bizim üçün önəmli olacaq. Lakin İran dövləti faktiki olaraq Azərbaycana qarşı düşmənçilik nümayiş etdirir və bu münasibətin nəticələrini uzun illərdir, görürük. 1988-ci ildə Ermənistanın Azərbaycana təcavüzü başlayanda, 30 ilə yaxın dövrdə Azərbaycan torpaqları işğal altında qaldıqda, İkinci Qarabağ müharibəsi dövründə, eləcə də bu gün İran bizim qəddar düşmənlərimizin yanındadır, onları silahlandırır, yanacaqla təmin edir, hətta dəstəyini açıq-aşkar nümayiş etdirir. Bu, yolverilməzdir və özünü İslam Respublikası adlandıran dövlətə yaraşmayan addımlardır. İran bizimlə özünü din qardaşı hesab edirsə, düşmənçiliyi dayandırmalıdır.

Azərbaycanın öz planları və mövqeyi var. Prezident İlham Əliyev həmişə sülhün, regionda sabitliyin və mehriban qonşuluq siyasətinin tərəfdarı olduğunu bildirir. İran bu şansını dəyərləndirməli, Azərbaycan kimi qonşunu itirməmək üçün münasibətlərin yaxşılaşdırılmasına çalışmalıdır. Əks halda diplomatik əlaqələr tamamilə dayandırıla bilər və bu da İranın özü üçün xoş nəticələr vəd etmir”.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Həmin terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri, baş leytenant Orxan Əsgərov şəhid olub. Onun nəşi ötən gecə Bakıya gətirilib və bu gün İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Hadisədən sonra səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə diplomatik nümayəndəliyin fəaliyyəti dayandırılıb, əməkdaşlar Azərbaycana gətiriliblər. Diplomatik münasibətlərin əvvəlki səviyyəyə qaldırılıb-qaldırılmayacağı hazırda sual altındadır.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Orxan Əsgərovla vida mərasimi keçirilir
backend
Terrorda əli olanlar təcili cəzalandırılsın - QMİ-dən BƏYANAT
backend
Mehriban Əliyeva İrandakı səfirliyimizə edilən terror aktı ilə bağlı başsağlığı verdi - FOTO/VİDEO
backend
İran səfiri XİN-ə ÇAĞIRILDI
backend
Səfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıldı
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 296

XƏBƏR LENTİ

Mingəçevirdə tanınmış həkim-qastroenteroloq vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5110 Ekm
Abşeronda yaşayış kompleksində baş verən yanğın söndürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:4810 Ekm
Ər-Riyad hava limanına raket hücumu: Səudiyyə Ərəbistanının pilotu həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3610 Ekm
İlham Əliyev: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:2310 Ekm
Türkmənistanda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0310 Ekm
2026-cı il Nobel Sülh Mükafatının qalibi açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0110 Ekm
İlham Əliyev “Avaza” Kompleksində Azərbaycan milli stendi ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5910 Ekm
Zaminə Mehtiyeva – təhsilin keyfiyyətinə, idarəetmə mədəniyyətinə və məsuliyyətli rəhbərlik prinsipinə önəm verən direktor [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:069 Ekm
İsmayıl Əvəzov – dövlətə xidmətin, idarəçilik mədəniyyətinin və peşəkar məsuliyyətin təcəssümü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:239 Ekm
Ermənistanda hərbi xidmətə çağırış yaşı 32-yə qaldırıla bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:009 Ekm
Romario Ronaldunun səhvini açıqladı: “Daha əvvəl ona belə deməli idi” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:599 Ekm
ABŞ-də Nikolas Maduro və həyat yoldaşına qarşı yeni ittihamlar irəli sürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:529 Ekm
Tailand kraliçası qırıcı təyyarədə təkbaşına uçuş həyata keçirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:409 Ekm
Azərbaycanda bəzi kolleclər ləğv oluna, digərləri universitetlərin tərkibinə daxil edilə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:069 Ekm
“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:049 Ekm
İlham Əliyev Türkmənbaşı şəhərində Milli Kulinariya Festivalı ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:599 Ekm
Ermənistanın Gorus şəhərində TRIPP layihəsi ilə bağlı texniki görüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:539 Ekm
Noyabr ayında ardıcıl üç gün istirahət olacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:439 Ekm
“ARAZ” MARKETİNDƏ KOLBASA SKANDALI? İSTEHLAKÇININ İDDİALARI CİDDİ SUALLAR YARADIR — QANUNTV.AZ ARAŞDIRILMASINI TƏLƏB EDİR! [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:389 Ekm
229 nömrəli məktəbdə rəhbərliyin izi – Məmmədova Vüsalə Dövlət qızının fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:068 Ekm
Gəncə təhsilində rəhbərlik nümunəsi – Esmira Qaraxanovanın idarəçilik məktəbi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:148 Ekm
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:478 Ekm
İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:428 Ekm
İstanbulda altımərtəbəli bina çökdü: Dağıntılar altında qalanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:368 Ekm
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:348 Ekm
Saatlıda ağır yol qəzası: 5 yaşlı uşaq həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:328 Ekm
Büdcədənkənar ödənişlərin yuxarı hədlərinin tətbiqi ilə bağlı müddət dəyişdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:218 Ekm
Pensiyaların ödəniləcəyi tarixlər açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:188 Ekm
Ağdamdakı məktəbə qırğız xalqının dastan qəhrəmanı Ayköl Manasın adı verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:168 Ekm
Əli Nağıyev Azərbaycanın itkin düşmüş şəxslərinin sayını açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:148 Ekm
İlham Əliyev: Vətən müharibəsində qazandığımız Zəfər itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar açıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:138 Ekm
Təbiətin keşiyində məsuliyyətli idarəçilik – Asif Məcidovun rəhbərliyi ilə Sumqayıt Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:377 Ekm
Valideynlərin yüksək qiymətləndirdiyi təhsil mühiti – Səyyar Abdullayevin rəhbərliyi ilə peşə təhsilində məsuliyyət və keyfiyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:257 Ekm
Dövlət məktəblərində müəllimlərin geyimi ilə bağlı tələblər təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:087 Ekm
Qazaxda 11-ci sinif şagirdi həmkəndlisini bıçaqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:067 Ekm
Bakı və Sumqayıtda bağçaların təmirinə 7,8 milyon manat ayrılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:037 Ekm
Polkovnik Rahim Cəfərov vəzifəsindən azad edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:017 Ekm
Paşinyan: Azərbaycanlı hərbçi Nəsimi Musayev bir müddət Ermənistanda qalacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:597 Ekm
Nizami rayonunda məktəblinin ölümünə səbəb olan hadisənin təfərrüatı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:577 Ekm
Ağsuda 40 yaşlı kişi qayınanasını döyüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:537 Ekm
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:517 Ekm
Abşeronda tələbənin ölümü ilə nəticələnən qəzanı törədən şəxsə hökm oxundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:487 Ekm
Əli Əsədovdan duracaqlar və qarajlarla bağlı yeni qərar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:457 Ekm
Qara dənizdə dron hücumu: Azərbaycanlı kapitan həlak olub, bir vətəndaşımız itkin düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:447 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə