
Portuqaliya millisinin və BƏƏ-nin “Əl-Nəsr” klubunun kapitanı Kriştiano Ronaldo karyerasını davam etdirmək üçün motivasiyasının hələ də yüksək olduğunu bildirib.
QOL.az xəbər verir ki, 40 yaşlı hücumçu BƏƏ-nin Dubay şəhərində keçirilən “Globe Soccer Awards” mərasimində “İlin idmançısı” mükafatını aldı. Ronaldo çıxışında belə deyib:
"Oynamağa davam etmək çətindir, amma məndə hələ də həvəs və motivasiya var. Yaxın Şərqdə və ya Avropada oynamağımın fərqi yoxdur – kuboklar qazanmağa davam etmək istəyirəm. Əminəm ki, istədiyim mərhələyə zədəsiz çatacağam."
Futbolçu həmçinin mərasimdən zövq aldığını vurğulayıb:
"Bu qədər idman şəxsiyyətinin iştirak etdiyi belə bir qalada olmaq mənim üçün böyük məmnuniyyətdir. Burada həyat yoldaşım da daxil olmaqla mükəmməl insanlar var."
Qeyd edək ki, Ronaldo daha əvvəl karyerasında 1000 qol həddinə çatmaq arzusunda olduğunu bildirmişdi. Hazırda portuqaliyalı futbolçunun hesabında 956 qol var.





