
Sabah, 8 yanvar 2026-cı il tarixində, Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndərilməsi planlaşdırılır.
Qanuntv.az-ın əldə etdiyi məlumata görə, tədarük Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyası vasitəsilə həyata keçiriləcək.
Daşınması nəzərdə tutulan neft məhsullarına aşağıdakılar daxildir:
• 1 000 ton Aİ-92 markalı benzin,
• 1 000 ton dizel yanacağı,
• 1 800 ton Aİ-95 markalı benzin.
Qeyd edək ki, sözügedən tədarük regional yükdaşımaların davam etdirilməsi çərçivəsində reallaşdırılır.





