
Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.
Görüş zamanı Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, regionda mövcud siyasi vəziyyət və gələcək perspektivlər ətrafında müzakirələr aparılıb. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi ediblər.
Qeyd edək ki, iki ölkə arasında aparılan danışıqlar Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Əbu-Dabidə keçirilən bu görüş də sülh gündəliyinin davam etdirilməsi kontekstində qiymətləndirilir.
Görüşdən çəkilmiş fotoları oxuculara təqdim edirik.
QanunTV.az








