
İran ərazisində gərginləşən vəziyyətlə əlaqədar olaraq Azərbaycan vasitəsilə növbəti təxliyə əməliyyatı həyata keçirilib.
Əldə olunan məlumata görə, 5 Tacikistan vətəndaşı və Səudiyyə Ərəbistanının diplomatları təhlükəsiz şəkildə Azərbaycana gətirilib. Təxliyə prosesi Azərbaycan–İran sərhədinin müvafiq keçid məntəqəsi vasitəsilə təşkil olunub və iştirakçıların təhlükəsizliyi üçün bütün tədbirlər görülüb.
Azərbaycan Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklər tərəfindən göstərilən dəstək nəticəsində vətəndaşlar və diplomatlar ölkəmizə təhlükəsiz çatdırılıb. Rəsmi qurumlar vəziyyəti diqqətlə izləyir və lazım gəldikdə əlavə təxliyə əməliyyatlarının həyata keçiriləcəyini bildirirlər.







