
Pakistan hakimiyyəti Əfqanıstana qarşı həyata keçirilən hərbi əməliyyatların beş gün müddətinə dayandırılması barədə qərar qəbul edib.
Bu barədə ölkənin informasiya və teleradio yayımı naziri Attaullah Tarar “X” sosial şəbəkəsində paylaşım edib.
Nazirin sözlərinə görə, qərar müsəlmanların müqəddəs Fitr bayramı münasibətilə verilib. O bildirib ki, bu addım Pakistanın öz təşəbbüsü ilə yanaşı, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə kimi dost müsəlman ölkələrinin müraciəti əsasında atılıb.
Rəsmi açıqlamada qeyd olunub ki, əməliyyatların dayandırılması humanitar və dini dəyərlərə hörmət çərçivəsində həyata keçirilir.





