
ABŞ-ın İordaniyadakı aviabazasından qalxaraq İran istiqamətində əməliyyatlara cəlb olunan qırıcıların silahlanması açıqlanıb.
Məlumata görə, F-35 Lightning II qırıcıları “stels” rejimində fəaliyyət göstərir – silahlar daxili bölmələrdə yerləşdirilərək istifadə olunur.
F-16 Fighting Falcon təyyarələri AIM-120 və AIM-9 raketləri, AGM-88 HARM raketləri, GBU-31 JDAM bombası və AN/ALQ-167 REM podu ilə təchiz edilib.
F-15E Strike Eagle isə 6 ədəd GBU-38 və 1 ədəd GBU-31 JDAM bombası daşıyır.
Bundan əlavə, EA-18G Growler qırıcıları radioelektron mübarizə tapşırıqlarını yerinə yetirmək üçün 4 ədəd AGM-88E AARGM və 2 ədəd AIM-120 raketinə malikdir.
ABŞ-ın bu addımı regionda gərginliyin artdığı bir dövrdə atdığı strateji addımların bir hissəsi kimi qiymətləndirilir.





