
Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Nyu-Yorkda 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən bayraqqaldırma mərasimində iştirak edib.
Bu barədə nümayəndəliyin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Paylaşımda qeyd olunub ki, tədbir Azərbaycan-ABŞ icmasının üzvləri və Nyu-York sakinləri ilə birlikdə qeyd olunub.
Mərasim New York City şəhərində keçirilib və Azərbaycan bayrağı ucaldılıb.







