
"Araz-Naxçıvan" klubu futbolçusu Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.
Qanuntv.az xəbər verir ki, 2024/2025 mövsümündən Naxçıvan təmsilçisinin heyətində çıxış edən futbolçu yeni mövsümdə də "qırmızı-ağlar"ın formasını geyinəcək.
Klubla Ülvi İsgəndərov arasında imzalanan yeni müqavilənin müddəti 1 illikdir.
Qeyd edək ki, "Araz-Naxçıvan" bundan əvvəl Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqaviləni yeniləyib.





