
Türkiyənin Denizli vilayətində toy mərasimində baş verən hadisə nəticəsində 11 nəfər xəsarət alıb.
Qanuntv.az xəbər verir ki, hadisə Çivril rayonunun Kıralan məhəlləsində baş verib.
Məlumata görə, 15 yaşlı yeniyetmə toy zamanı ənənəvi olaraq havaya atəş açmaq istəyib. Lakin tüfəngdən açılan atəş zamanı yerə dəyərək sıçrayan qırmalar ətrafda olan insanlara dəyib.
Hadisə nəticəsində 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Onlardan ikisi əlavə müayinə və müalicə üçün Denizlidəki tibb müəssisələrinə göndərilib.
Həkimlərin məlumatına əsasən, yaralanan şəxslərin həyatına təhlükə yoxdur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı yeniyetməni polis bölməsinə apararaq ifadəsini alıblar.
Faktla bağlı araşdırma davam etdirilir.





