
ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur Bruklin körpüsündə atəşfəşanlıq zamanı yanğın qeydə alınıb.
Qanuntv.az xəbər verir ki, bu barədə The New York Times (NYT) nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə ABŞ-nin Müstəqillik Gününün 250-ci ildönümü münasibətilə təşkil olunan atəşfəşanlıq tədbiri zamanı baş verib.
Yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən avtomobil cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





