
İranın Məşhəd şəhərində naməlum şəxslər tərəfindən silahlı hücum həyata keçirilib.
Məlumata görə, hərbi geyimli iki nəfər tapançadan istifadə edərək "Bəsic" dəstəsinin bir qrup üzvünə atəş açıb. Hadisə Fakuri bulvarı ərazisində qeydə alınıb.
Bildirilir ki, hücum nəticəsində iki nəfər ölüb. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada həyatını itirib.
Hadisə zamanı atəş səslərinin ziyarətgah ərazisində də eşidildiyi qeyd olunur.
Silahlı hücumu törədən şəxslərin hadisədən sonra gizləndiyi bildirilir. Hazırda təhlükəsizlik qüvvələri terror aktını törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Qeyd edək ki, hadisə İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasiminin keçirildiyi Məşhəd şəhərində baş verib. Məlumata görə, onun cənazəsi İmam Rza məqbərəsində torpağa tapşırılıb.





