• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – “Sədərək” və yarmarkadan REPORTAJ + FOTO [xfvalue_red]

22 Ağu, 22 - 11:57

Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – “Sədərək” və yarmarkadan REPORTAJ + FOTO


Üç həftə sonra növbəti tədris ili başlayacaq. Bu isə özlüyündə ilk olaraq məktəbli forması və məktəb ləvazimatlarının qiymətlərini gündəmə gətirir. Hazırda ölkədə ən çox müzakirə edilən üç məsələdən birinin bu proseslə bağlı olduğunu desək, yəqin ki, yanılmarıq.

Məktəbli formalarının qiymətini beş gün əvvəl Bakı Tikiş Evi açıqladı. Bir uşağı məktəbə göndərmək üçün lazım olan digər ləvazimatların təqribi qiymətlərini öyrənmək üçün isə Oxu.Az-ın əməkdaşları müxtəlif növ məhsulların satıldığı və ən çox üz tutulan məkana – “Sədərək” ticarət mərkəzinə baş çəkib.
Qanuntv.az reportajı təqdim edir:
Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – “Sədərək” və yarmarkadan REPORTAJ + FOTO
“Sədərək”də həmişə olduğu kimi, bu gün də sıxlıq yaşanır. Sıxlığın səbəbkarlarının böyük bir qismi isə buraya məhz məktəb ləvazimatları almaq üçün yollanıblar. Burada bir sıra boyu ancaq məktəblə bağlı məhsulların satıldığını görmək mümkündür. Elə ona görə də ilk gördüyümüz mağazaya daxil oluruq. Amma təəssüf ki, hazır olduğumuz nəticəylə qarşılaşırıq, mağaza müdiri danışmaq istəmir. Eyni halı təxminən 5-10 mağazada təkrar yaşayırıq. Səbəb kimi də “icazə yoxdur” deyilir. Nəhayət, cəhdlərimizdən biri nəticə verir.

Cavid Hüseynli adlı satıcı suallarımızı cavablamağa razılıq verir. Onun çalışdığı mağazada min bir çeşiddə məhsul olduğunu deyə bilmərik. Ancaq lazım olan əşyalar mövcuddur. Cavid Hüseynovun mikrofonu görən kimi ilk cümləsi yerli istehsalçıların kağız məhsullarının qiymətlərini süni şəkildə artırmasıyla bağlı olur:
Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – “Sədərək” və yarmarkadan REPORTAJ + FOTO
“Yerli istehsalçılar dəftərlərin qiymətini süni şəkildə 50 faiz həcmində artırıblar. Bundan həm biz, həm xalq əziyyət çəkir. Axı bir valideynin ən çox aldığı şey dəftərdir, onu da kağız qıtlığı adıyla qaldırırlar. Bir uşağın məktəb ləvazimatına, heç olmasa, 50 manat pul çıxır, buraya çantanın qiyməti də əlavə olunanda məbləğ 80 manat edir. Gələnlər hər şeydən bir-iki ədəd alırlar, əvvəllər belə deyildi. Kağız olmayan bütün məhsulları xaricdən - Çin, Türkiyə və Rusiyadan idxal edirik, onların qiymətində ötən illə müqayisədə 10 faiz artım var”.

Müsahibimiz daha sonra hər bir məhsulun ayrı-ayrılıqda qiymətini də sadalayır:

“24 vərəqli dəftərlərin qiyməti 30-35, 40 vərəqlilərin - 40, 48 vərəqlilərin - 55-60, 100 vərəqlilərin isə 82-90 qəpik aralığındadır. Qələmlərin qiyməti 10-60, silgilərin - 35-60, xətkeşlərin - 10-70 qəpik, karandaşyonanların - 30 qəpik-1,30 manat, flomasterlərin qiyməti isə 58 qəpik-2,60 manat civarındadır. Bunlar dediyim malların topdansatışı zamanı bir məhsulun düşdüyü qiymətdir. Amma bizdə pərakəndə satış da mövcuddur, o zaman dəftərlər 10-20 qəpik, qələmlər 10-15, flomasterlər 20-30-50 qəpik baha satılır. Çantalar isə az qaldığı üçün endirimdədir, 30-35 manata satırıq, amma 50-60 manata satdıqlarımız da olub. Termosların qiyməti isə modelinə, keyfiyyətinə, saxlama müddətinə, paslanıb-paslanmamasına görə dəyişir - 6-20 manat aralığındadır”.

Digər bir müsahibimiz isə Eldar Vəliyevdir. O, mağaza müdiri olaraq ancaq pərakəndə satış qiymətləri barədə danışır:

“Yerli istehsalla idxal məhsulları arasında 30-40 faiz fərq var. Ümumilikdə isə Azərbaycan bazarında kağızdan başqa, heç bir yerli məhsul yoxdur. Xaricdən gətirilənlər daha bahadır. Amma Rusiya-Ukrayna müharibəsinə görə yerli istehsal da xeyli bahalaşıb. Kağızın qiyməti iki dəfə artıb. Yerli istehsal olan 12 vərəqli dəftər ötən il 10 qəpik idi, bu il 15 qəpikdən satırıq, 50 faiz bahalaşıb. 40 vərəqli dəftərin qiyməti keçən il 25 qəpik idi, bu il 40-45 qəpik civarındadır. 96 vərəqlilər isə xaricdən idxal olunub, onların qiyməti ötən il 80 qəpik-1,20 manat idisə, bu il 1,20-1,50 manat aralığındadır. Qələmlərin qiyməti 10-80 qəpik arasında dəyişir, ötən il 5-7 qəpiyə də qələm tapmaq olurdu. Rəngli karandaşlar 1,50-15 manat, sadə karandaşlar isə 10-70 qəpiyə satılır. Keçən il bundan 50 faiz ucuz idi. Xətkeşlərin qiyməti 30 qəpik-1,50 manat, pozanların - 30 qəpik-1,50 manat, plastilinlərin - 1-15 manat, pərgar dəstlərinin isə 2-6 manat aralığındadır. Düzü, Çin mallarının qiymətində elə də dəyişiklik yoxdur, varsa da, rüsumla bağlıdır, əsasən kağızla bağlı məhsullarda qiymət artımı var”.

Buradan ayrıldıqdan sonra ancaq topdansatışın həyata keçirildiyi digər bir mağazaya üz tuturuq. Orada isə mağaza müdiri Bəhlül Zeynalovla həmsöhbət oluruq. Onun dediyi qiymətlər də aşağı-yuxarı əvvəlki mağazadakı ilə eyniyyət təşkil edir:
Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – “Sədərək” və yarmarkadan REPORTAJ + FOTO
“Dəftərlərdən 12 vərəqlinin biri 10-22, 24 vərəqli - 33, 48 vərəqli - 58, 60 vərəqli - 70 qəpik, 96 vərəqli bir manata düşür. İçərisində 12 ədəd olan sadə qara karandaşların qutusu 70 qəpikdir, bəziləri iki manatadır. Qələm qiymətləri 7-50 qəpik arasında dəyişir. Rəsm albomlarının qiyməti 25 qəpik-3 manat, dəftər üzlüklərinin - 13, kitab üzlüklərinin - 20-25, xətkeşlərin - 15, plastilinlərin - 95 qəpik-2 manat, pərgar dəstlərinin - 70 qəpik-2 manat, karandaşyonanların - 15-70 qəpik, fırçaların - 1-3 manat, pozanların isə 9-30 qəpik aralığındadır. Çantaların ən ucuzu 4,50 manata, ən bahası isə 45 manatadır. Qiymət artımı 10-30 faiz civarındadır, bu isə inflyasiyadan qaynaqlanır. Dəftərləri mən özüm istehsal edirəm. Mağazadakı məhsulların 40 faizi yerlidir. Yerlilər ucuzdur, süni şəkildə də artırıb-etmirik. İdxalı isə Çindən gətirilən mallar təşkil edir”.

Elə bu məkanda müştəri ilə də söhbətləşirik. Aygün Abbasova (ad şərtidir) əvvəl qutuyla aldığı dəftər-qələmləri bahalaşma səbəbilə indi sayla aldığını vurğulayıb:

“20 qəpiklik qələmlər indi 40-50, 10 qəpiklik karandaşlar isə 40 qəpiyədir. Çantalarda da ciddi fərq var. Məhsullar minimum 15 faiz bahalaşıb. Dörd övladım var, əvvəl hər şeyi qutuyla alırdım, indi iki-üç ədəd. Övladlarımın arasında yaş fərqi olduğu üçün bütün qruplar üçün qiymət artımı hiss edirəm. Yemək, su qabları olduqca bahalaşıb. Keçən il beş manata alırdıq, bu il 10 manatadır. Dəftərlərdə yerli istehsalla idxal malları arasında qiymət fərqi var, ancaq yerli istehsalın da keyfiyyəti aşağıdır. Dərsliklər də bahalaşıb”.
Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – “Sədərək” və yarmarkadan REPORTAJ + FOTO
Dərsliklərdən söz açıldığı üçün bir də dərsliklər satılan mağazadan münasibət öyrənmək istəyirik. Amma satış müdiri ağzından sadəcə: “Dərsliklərin qiyməti 50 faizə qədər artıb”, cümləsini qaçırır, ondan sonra danışmaq istəmir.

Həmin mağazanın müştərisi Muxtar Abbasov isə bu məsələdə bizə bir qədər kömək olaraq suallarımızı cavablandırmağa razılıq verir. O, builki kitabların standart olaraq iki manat bahalaşdığını diqqətə çatdırır:

“Ən çox “Azərbaycan dili”, “Tarix” və “Riyaziyyat” dərsliklərinə tələb var. Kağızın qiyməti ötən illə müqayisədə 30-35 faiz qalxdığı üçün məhsul da bahalaşıb. Belə ki, kağızın rulonu keçən il 26 manata alınırdı, bu il 48 manatadır. Ən çox kağız Rusiyadan alınırdı. Rusiya isə ağardıcını xarici ölkələrdən idxal edirdi, indi müharibə səbəbilə ağardıcı gətirə bilmir, nəticədə kağız istehsalında problem yaşayır və bizə kağız göndərmir. Ona görə də Çin və Türkiyə kağızından istifadə olunur, nəticədə isə qiymət artır. Keçən il 11 manata olan kitab bu il 13 manata satılır. Əslində, burada sui-istifadə halları da var. Kağızı idxal edənlər süni şəkildə qiyməti bir az daha artırırlar. Nəşriyyat çalışır ki, qiymət qalxmasın, kitabını sata bilsin, amma onluq bir şey yoxdur, kağız qalxıb deyə məcbur qiyməti artırır. Amma iki manatdan çox artırmır, çünki bilir ki, alınmayacaq. Ümumilikdə 30 faiz artım var. Dərsliklərin qiyməti abituriyentlər üçün 10-15 manat, 1-9-cu siniflər üçün isə 5-10 manat arasında dəyişir”.

Ticarət mərkəzində son getdiyim yer çanta mağazasıdır. Digər mağazalarda da çanta satılmasına baxmayaraq, burada məhsullar azlıq təşkil edirdi, qiymətlər isə bir qədər baha təsir bağışladı. Burada satış müdiri Araz Əliyev çantaların həm topdan, həm də pərakəndə satış qiymətini bizimlə bölüşür:
Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – “Sədərək” və yarmarkadan REPORTAJ + FOTO
“Bizdə ötənilki çantalarla builkilərin topdansatışında qiymət fərqi bir-iki manat edir. Pərakəndə isə elə eyni qiymətədir. Pərakəndə satışda ibtidai sinif şagirdləri üçün çantaların qiyməti 20-22, böyüklər üçün isə 20-30 manat civarındadır, ancaq tanınan bir firmanın çantalarını həmişə 15 manata satırıq. Bahalaşma olsa da, bu il biz hər məhsulda bir manat itiririk. Pərakəndə 20 manata satılan məhsul topdan 17 manata satılır. Yuxarı siniflər üçün 25 manata satılan çantanın topdansatış qiyməti 18 manatdır. 28 manatlıq məhsullar isə topdan 22 manata satılır. Bizdə 35 manatdan yuxarı qiymətə çanta yoxdur. Çantaların hamısı Çindən idxal olunur və gömrük rüsumunda artım var”.
Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – “Sədərək” və yarmarkadan REPORTAJ + FOTO
Məlumdur ki, bəzi valideynlər alış-veriş üçün uzaq məsafəni sevmədiklərinə görə bu məhsulları alarkən yaxınlıqdakı yarmarkalara üz tuturlar. Aradakı qiymət fərqini görmək və vətəndaşlara göstərmək üçün “28 May” metro stansiyası yaxınlığındakı yarmarkaya da baş çəkdik. Satıcının söylədiyi qiymətlər bu şəkildədir:

“12 vərəqli dəftəri 30, 40 vərəqlini - 50, 48 vərəqlini - 70, 60 vərəqlini - 80 qəpiyə, 96 vərəqlini isə 1,10 manata satırıq. Ötən illə müqayisədə dəftərlərdə bahalaşma var, 50 faiz artım olduğunu deyə bilərik. Çantaların qiyməti 10-40 manat arasında dəyişir. 40 manata olan çantalar ibtidai siniflər üçündür, təkərli olur. Qələmlər 10 qəpik-2 manat, sadə karandaşlar 30-40 qəpik, rəngli karandaşlar 1-13 manat, pozanlar 50 qəpik-bir manat aralığında, xətkeşlər 50 qəpik, termoslar 9-20 manat, yemək qabları 3-20 manat, su qabları 4 manat, rəsm albomları 1-4 manat, plastilinlər 1,50-10 manat, pərgar dəsti 12 manat, dəftər üzlükləri 20 qəpik, kitab üzlükləri isə 30-40 qəpikdir”.
Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – “Sədərək” və yarmarkadan REPORTAJ + FOTO
Müqayisə apardıqda isə dəftərlərdə təxminən 10-15 qəpik, çantalarda 5-10 manat, dəftər-kitab üzlüklərində 7-20 qəpik, pərgar dəstlərində 6-10 manat, xətkeşlərdə 30-35 qəpik, termoslarda keyfiyyətə görə 0-10 manat, pozanlarda 20 qəpik, rəsm albomlarında 75 qəpik-bir manat, qələmlərdə 3 qəpik-bir manat arası fərq olduğunu, yəni yarmarkalarda məhsulların nisbətən baha satıldığını müşahidə edirik. Lakin nəzərə almaq lazımdır ki, yarmarkaların məhsul aldığı yerlərdən biri elə “Sədərək” ticarət mərkəzidir. Ona görə də müəyyən qədər fərqin olması heç də qeyri-adi görünmür.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Xırdalanda məktəbli formaları ilə bağlı narahatlıq: Satış niyə bir nöqtədə aparılır? - VİDEO
backend
Məktəb gəldi, “dərd” gəldi... - Formaların qiyməti “əl yandırır”
backend
Məktəbli formalarının qiyməti açıqlandı - Bu tarixdən satışa çıxarılır
backend
Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb
backend
Emin Əmrullayev: “Məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin”
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 065

XƏBƏR LENTİ

Ermənistan hökuməti istefaya gedir – Paşinyan açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2430 Tem
Sura Mirac Abbassoy: “Gələcəkdə Azərbaycan bayrağı altında güləşəcəyəm” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2230 Tem
Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri geri çağırıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0330 Tem
Habil Əliyevin adı Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5930 Tem
Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsindən azad edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4730 Tem
İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4230 Tem
Türkiyə meşə yanğınları ilə mübarizə aparır: Antalya və Muğladan dəhşətli görüntülər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1330 Tem
Şəmkir xəstəxanasında vətəndaşla ünsiyyət niyə problemə çevrilib? – Baş həkimin katibəsinin davranışı ilə bağlı ciddi narazılıq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3930 Tem
Bakıda və bölgələrdə güclü külək gözlənilir – XƏBƏRDARLIQ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2630 Tem
Firudin Məmməd oğlu İbrahimov – səmərəli idarəetmə və peşəkar fəaliyyət prinsiplərinin təcəssümü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2730 Tem
Təhsilin inkişafında hazırlıq kurslarının rolu və Həsənova Gülnarənin rəhbərlik fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4229 Tem
Sabunçuda boşanmaq istəyən qadının bıçaqlanması ilə bağlı yeni təfərrüatlar məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5329 Tem
Araz çayında batmaq təhlükəsi ilə üzləşən gənc xilas edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4229 Tem
Hikmət Hacıyev Şuşa həbsxanası ilə bağlı reportajı paylaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3729 Tem
Milli Qvardiyanın ilk komandanı Azər Babayev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3329 Tem
Bu ilin 700 bal toplayan yeganə abituriyenti məlum oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2729 Tem
Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0829 Tem
Sertifikasiya imtahanlarının apellyasiya nəticələri açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5229 Tem
Şavkat Mirziyoyev Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3229 Tem
İlham Əliyev "Aviasiya haqqında" qanuna dəyişiklikləri təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1729 Tem
Livan-İsrail danışıqları ABŞ-İran münasibətlərinə təsir edə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1329 Tem
Tağıyeva Jalə – Təhsilin inkişafına məsuliyyətlə xidmət edən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0228 Tem
Təcili: İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4728 Tem
XİN-dən Mariya Zaxarovaya sərt cavab: "Reallıq təhrif olunur" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3628 Tem
Güclü külək Bakıda 48 ağacı aşırdı, qadın xəsarət aldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2528 Tem
Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2228 Tem
U17 dünya çempionatı: Bu gün 5 Azərbaycan güləşçisi final uğrunda mübarizə aparacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5428 Tem
Çoxlarının bilmədiyi fakt: "Yamal" Lamin Yamalın soyadı deyil [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2628 Tem
Putin Rusiya Silahlı Qüvvələrinin yeni ştat sayını təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1228 Tem
Qubada ağır qəza: 29 yaşlı sürücü hadisə yerində həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0528 Tem
SOCAR qazma işlərini 32,3% artırdı – Yeni hasilat göstəriciləri açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5828 Tem
DÇ-2026-nın final hakimi karyerasını başa vurdu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5128 Tem
Prezident Türkiyədəki Azərbaycan baş konsullarının yeri dəyişdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5727 Tem
İşçilərin pay və səhm əldə etməsi ilə bağlı yeni qaydalar təsdiqləndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5227 Tem
Prezident yeni qanunu təsdiqlədi: İşçilər şirkətdə pulsuz pay və səhm əldə edə biləcəklər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4627 Tem
94 saylı uşaq bağçasında nə baş verir? Valideynlər etiraz edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3227 Tem
Güclü külək Bakıda iki nəfərin xəsarət almasına səbəb olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4227 Tem
Dövlət Gömrük Komitəsində yeni təyinat – Şahin Bağırov əmr imzaladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3227 Tem
Bakı-Sabunçu istiqamətində qatarların hərəkətində gecikmə yaşandı – SƏBƏB AÇIQLANDI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2227 Tem
İran ABŞ-yə xəbərdarlıq etdi: "Münaqişənin coğrafiyası daha da genişlənəcək" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0027 Tem
"Qarabağ"ın təşkil etdiyi media turnirinin qalibi bəlli oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5727 Tem
Həsənzadə Elvin – Gəncə şəhərinin memarlıq inkişafına töhfə verən peşəkar rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1827 Tem
Gülnar Rəşidova – Musiqi təhsilinin inkişafına dəyərli töhfələr verən nümunəvi rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0526 Tem
Elbrusda altı alpinist kömək istədi: Xilasetmə əməliyyatı başladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0626 Tem
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə