• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik [xfvalue_red]

26 Nis, 24 - 11:17

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik


Avropa Parlamentində Azərbaycana qarşı çox sərt qətnamə qəbul olunub. 474 avropalı deputat sənədin lehinə, 4 nəfər əleyhinə səs verib, 51 nəfər bitərəf qalıb.

Qətnamədə iqtisadçı və müxalifətçi Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin ləğvi, onun ev dustaqlığından azad edilməsi tələb olunur.

Habelə şüquq müdafiəçisi İlhamiz Quliyevin və Avropa Parlamentinin "siyasi məhbus" adlandırdığı 300-dən artıq şəcsin dərhal azadlığa buraxılması istənilir.

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) bu ilin yanvarın 25-də Azərbaycanın bu strukturdakı nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməməsi və nəticədə nümayəndə heyətimizin qərarla bağlı səsvermə başa çatmamış AŞPA-nı tərk etməsini Avropa Parlamenti "diqqətə alıb".

Qətnamədə "Toplum", "AbzasMedia", "Kanal 13" və digər müxalif yönlü medianın fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmalarına son qoyulması, bu strukturların həbs edilmiş mənsublarının dərhal buraxılması istənilir.

Eyni zamanda, Avropa Komissiyasına çağırış edilərək energetika sahəsində Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dayandırılması, Azərbaycanın bir sıra vəzifəli şəxslərinə qarşı cəza sanksiyalarının tətbiq olunması "məsləhət" bilinir.

Beləliklə, Azərbaycana qarşı təzyiq cəhdləri artır, Bakı sərt pressinq vəziyyəti ilə üzləşməyə vadar olunur.

Gəlin, bəsit sualı səsləndirək: Avropa Parlamentinin məqsədi nədir və nə üçün bu strukturda sürəkli olaraq Azərbaycan hədəfə alınır?

İkili standartlar, seçkili yanaşma, qərəzli mövqe və s. kimi məqamları sadalaya bilərik və haqlı olarıq, çünki Avroparlamentin ölkəmizə qarşı tutuduğu mövqe sözüjedən təşkilata üzv olan dövlətlərin total əksəriyyətinə Strasburq münasibətlərində hansısa formada təzahür etmir.

Azərbaycanda sözsüz ki, probelmlər var və onların həlli labüd, vacid və qaçılmazdır.

Həmin problemləri rəsmi Bakı da etiraf edib, edir və həll prosesini Avropa Şurası, AŞPA, Avropa İttifaqı və s. panavropa təşkilatları, habelə müvafiq beynəlxalq strukturlarla birlikdə həyata keçirmək istəyir.

Həll prosesi tərəfdaşlıq və əməkdaşlıq məcrasında olaraq əsassız ittihamları, qərəzli yanaşmanı, seqreqasiya siyasətini, ikili standartları birmənalı olaraq istisna etməlidir.

Təzyiq mexanizmləri qismində konkret qanunazidd əməllərinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılan, Azərbaycanın mövcud qanunvericiliyini pozmaları barədə haqlarında yetərincə dəlillər və sübutlar olan insanları qəsdən "haqsız təqib edilən şəxslər" kimi qələmə vermək yumşaq desək, məntiqdən kənardır.

"Siyasi məhbus" aberrasiyalarından zərbə vasitəsi kimi yararlanmaq niyyətlərinin nə qədər fəsadlı və mənasız olduğunu Avropanın siyasi təcrübəsində dəfələrlə sübuta yetirilmiş fakt saymaq olardı.

Azərbaycanla münasibətlərdə bütün hədlər keçilir, rasional yanaşma və praqmat düşüncə birmənalı olaraq rədd edilir.

Reallıq tamam başqadır və o, yetərincə, hətta ifrat dərəcədə sadədir: Avropa Parlamentindəki deputatların tam əksəriyyətinin Cənubi Qafqazdakı dövlətərlə xalqların maraqları, mənafeləri, regiondakı mövcud durum eyinlərinə deyil.

Azərbaycana qarşı sürəkli ittihamlar irəli sürülür, lakin qonşu Gürcüstanda sabiq prezident Mixeil Saakaşvili hələ də uydurma ittihamlarla həbsdəir.

Ermənistanda 820 nəfər (!) ən müxtəlif bəhanələrlə həbs olunub və onların yeganə günahı siyasi mövqeləridir.

Belədirsə, onda Ermənistana və ya Gürcüstana qarşı niyə sanksiyalar tətbiq olunmur?

Ermənistandan və Qarabağdakı evlərindən qovulan, vəhşi işgəncələrə məruz qalan azərbaycanlılar qaçqınlıqla məcburi köçkünlük həyatını yaşamaq məcburiyyətində qaldıqları 30 il (!) ərzində Avropa Parlamenti onlarla bağlı bir qətnamə, qərar və ya hər hansı formatda sənəd qəbul edibmi?

Yox.

Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi 30 il ərzində Avropa Parlamenti aqressor İrəvan rejimin ilə bağlı dalbadal, ard-arda bəyannamələr, qətnamələr və qərarlar qəbul etmişdimi, Ermənistanı sanksiyalarla hədələmişdimi, Avropa İttifaqını və Avropa Komissiyasını İrəvanla əlaqələri kəsməyə çağırmışdımı?

Yenə də yox.

Bəhs etdiyimiz strukturun isterikasının vəsiləsi 44 günlük İkinci Qarabağ Müharibəsini ölkəmizin və xalqımızın tam qələbə ilə başa vurması, Ermənistanı kapitulyasiyaya vadar etməsi, Cənubi Qafqaz bölgəsindəki geosiyasi reallıqları dəyişməsi və yeni situasiya formalaşdırmasıdır.

Ötən ilin sentyabrında Xankəndindəki separatçı rejim ləğv olandan sonra isə Avropa Parlamenti ümumiyyətlə, çılğın mövqe tutaraq diplomatik etiketlə siyasi davranış qaydalarını ümumiyyətlə, bir kənara atdı.

"Siyasi məhbus" problematikasının süni olduğu aydındır. Söz yox, Azərbaycanın məhkəmə sistemi Avropa İttifaqının istənilən dövlətində və ya dünyanın hər hansı ölkəsində olduğu kimidir. Yəni ideal deyil. ABŞ-da, Yaponiyada, Kanadada və ya Hollandiyada illərlə həbsdə olmuş şəxs sonradan günahsız sayılıb: bununla bağlı yüzlərlə, minlərlə fakt və presedent mövcuddur.

Azərbaycanda məhkəmə-ədliyyə sisteminin Qərbi Avropa səviyyəsində olmasını istəyirlərsə, buyursunlar, əməkdaşlığa, tərəfdaşlığa, tam şəffaf və transparent şəkildə fəaliyyətə hazırıq.

Hansısa media strukturunun əməkdaşlarına qarşı "haqsızlıq" edildiyindən bəhs edirlərsə - nümayəndə heyətini və ekspetlər qrupunu yollayıb ibtidai istintaqın materiaları ilə tanış ola bilərlər. İstəsələr, görə bilərlər ki, özlərini "müstəqil" adlandıran beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə daxildən təzyiq etmək, cəmiyyətdə kütləvi narazılıq yaratmaq, radikal müxalifəti etiraz aksiyalarına hazırlamaq, sadəcə hakimiyyət mənsublarına qarış yönəlmiş "araşdırmalar"ı azad jurnalistika kimi qələmə verməklə əslində alınan sifarişlərin icrası ilə məşğul olmaq və s. əməllərlə qanunu necə pozublar, yüz minlərlə dollar vəsaiti necə Azərbaycana keçiriblər və "icraçılar" arasında paylayıblar.



Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa gəldikdə isə, lütfən, bu məsələ ilə bizi qorxutmağa, hədələməyə çalışmasınlar.

Sinqapur, Meksika, Argentina, Çili, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Tayvan və ya Cənubi Koreya kimi dövlətlər Aİ ilə strateji tərəfdaşlıq etmirlər, amma "nədənsə" özlərini natamam hiss etmirlər.

Qətər, Tunis, Əlcəzair, İraq Aİ ölkələrinə təbii qaz satır, lakin həmin dövlətlərlə bağlı Avropa Parlamenti indiyədək bir dəfə olsun, hansısa sənəd qəbul edərək hədəf seçməyib.

Halbuki sadaladığımız ölkələrdə seçkilər, insan haqları, söz və ifadə azadlığı ilə bağlı çox ciddi problemlər var. Di gəl, Avropa Parlamenti bunu görmür və görmək də istəmir, çünki merkantil maraqlarının tələbatı başqadır.

Qərb kollektiv şəkildə Rusiyaya qarşı ən ağır sanksiyalar paketlərini qəbul edib, sayı 11 mini keçmiş embarqolara əl atıb. Amma elə həmin Qərb dolayı yollarla, kuluar sövdələşmələr vasitəsilə Rusiyadan xam neft, təbii qaz, daş kömür, metallar, taxta-şalban və s. almağa davam etməklə yanaşı, alış həcmlərini sürəkli artırır.

Hədəfdə isə Azərbaycandır.

Bilirsinizmi, niyə?

Çünki Azərbaycan sülh sazişinin imzalanmasına, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyasına nail olmaq üççün Ermənistanla vasitəçilərsiz, birbaşa danışıqlar apararaq konkret nəticələr əldə etməkdədir.

Çünki Azərbaycan Avropadan "müdrik göstəriş"lər almadan, "bilavasitə vasitəçilik və moderatorluq iştirakı" olmadan Cənubi Qafqazda sülhlə stabilliyin bərqərarına çalışır.

Çünki Avropa Parlamentinin əsl məqsədi bölgəmizdə sülhlə inkişaf yox, Azərbaycanla Ermənistanın fasiləsiz qarşıdurmada, maksimal gərginlikdə olmasına və imkan yaranarsa, hərbi əməliyyatların başlanmasına nail olmaqdır.

Ən nəhayət, çünki ABŞ-ın Ermənistanı kontrolda saxlamaq, Rusiya və İranın İrəvana təsir mexanizmlərini zəiflədərək minimallaşdırmaq cəhdlərininr artdığını görən Avropa Parlamenti Bakını hədəfə almaqla İrəvanı dəstəklədiyini göstərmək, bununla da Avropa İttifaqının Ermənistandakı mövqelərini möhkəmləndirmək istəyir.

... Avropa Parlamentinin ölkəmizlə bağlı qətnaməsi əslində Avropanın bölgəmiz və ümumiyyətlə, postsovet məkanı ilə bağlı geosiyasi qərarlar potensialının tükənməkdə olduğunu göstərir.

Bunun isə bir adı var - siyasi parazitizm, risklərlə gərginliyin artırılması və idiotik təzyiq cəhdləri hesabına destruktiv davranış göstərərək məqsədə çatmaq istəyi.

Siyasi parazitizmin bariz nümunəsi olan, Cənubi Qafqazda onillər boyu vəziyyətin gərgin qalmasında maraqlı olaraq bu ağır vəziyyətdən qidalanan Fransanın taktikasını Avropa Parlamenti təkrarlayır.

Bu qüvvələrə güclü və stabil Cənubi Qafqaz yox, bölgə dövlətlərin zəiflədiyi, dialoqa qapalı qalan, münaqişələrdə olduğu region lazımdır ki, resursları sözün fiziki və məcazi mənasında sümürsünlər. (TREND)

Avropa Parlamentinin maskaları kimi...

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Kosova Avropa Şurasına üzv olur
backend
Avropa Parlamenti tam şəkildə erməni lobbisini təmsil edir - Milli Məclis
backend
AŞPA Azərbaycan əleyhinə qətnamədən imtina edə bilər? - ŞƏRH
backend
İlham Əliyev AŞPA-ya xəbərdarlıq etdi
backend
AŞPA-da Laçın yolu ilə bağlı qətnamə qəbul EDİLDİ
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 299

XƏBƏR LENTİ

Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5917 Ekm
“Qarabağ” – “Neftçi” qarşılaşması bu gün keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5317 Ekm
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 5-ə çatdı, itkin düşənlər var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5117 Ekm
Samuxda ağır qəza: Avtomobil iki hissəyə bölündü, sürücü reanimasiyaya yerləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4417 Ekm
Alyona Əliyevadan Anar Hüseynzadənin sərgisindən paylaşım [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4017 Ekm
Rusiya ordusu Donetsk vilayətində daha bir şəhəri nəzarətə götürdüyünü açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3617 Ekm
İmişlidə qoşqulu traktorla “QAZ-53” toqquşdu: Pambıq yola səpələndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1917 Ekm
İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0917 Ekm
İsxak Hersoqun Bakıya səfəri ilə bağlı Türkiyədə yayılan iddialara aydınlıq gətirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0317 Ekm
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5917 Ekm
Ürək köçürülən gənc nahardan sonra vəfat etdi: Bir il sonra toyu olacaqdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1516 Ekm
Qarabağ və Şərqi Zəngəzurun bərpasına 13,2 milyard manat ayrılması proqnozlaşdırılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0816 Ekm
Standarta uyğun olmayan LED işıqlara görə sürücülər 150 manat cərimələnə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0616 Ekm
Xırdalanda məktəbin şüşələrini daşla sındıran şəxs həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0016 Ekm
Azərbaycanda nikah və boşanmaların sayı azalıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5316 Ekm
İlham Əliyev: “Müharibə bizim seçimimiz olmayıb, bizi müharibəyə Ermənistan məcbur edib” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5116 Ekm
İlham Əliyev: Azərbaycan AQEM-in gücləndirilməsinə prioritet diqqət ayırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4816 Ekm
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2516 Ekm
Bakıda atla hərəkət edərək təhlükə yaradan şəxs saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2116 Ekm
Ceyhun Bayramov Çin XİN rəhbəri Vanq Yi ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1916 Ekm
Elmdən idarəçiliyə uzanan yol: Səadət Əliyevanın təhsil missiyası [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2415 Ekm
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1315 Ekm
Bakıda məktəbin mühafizəçisinə hücum edilib – Əməliyyat olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1015 Ekm
İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0515 Ekm
Ərdoğanın sədrliyi ilə Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının iclası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0215 Ekm
Donald Tramp administrasiyası Barbara Tornhilli xüsusi səfir təyin edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0015 Ekm
İlham Əliyevin İsrail Prezidenti İsxak Hersoq ilə görüşü olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5415 Ekm
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4515 Ekm
Bakıda atasını öldürməkdə təqsirləndirilən Ayxan Vəlizadəyə hökm oxunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0115 Ekm
Gədəbəydə dəhşətli qəza: Sərxoş sürücünün həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5015 Ekm
Azərbaycanda ödəniş sistemləri üzrə yeni tariflər təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1314 Ekm
Media və Yayım Şurası: Azərbaycana qarşı koordinasiyalı informasiya hücumları intensivləşib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1114 Ekm
İlham Əliyev “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0514 Ekm
Azərbaycanda dövlət qurumlarının saytlarına kiberhücum olub – Rəsmi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5814 Ekm
“İlin Vəhşi Təbiət Fotoqrafı 2026” müsabiqəsinin qalibi bəlli olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5314 Ekm
Şirvanda taxtdan yıxılan bir yaşlı körpə Bakıda xəstəxanada vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3814 Ekm
Alyona Əliyeva “44” bədii filminin təqdimat mərasimindən paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2814 Ekm
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2214 Ekm
Allahşükür Paşazadə məktəblərdə vahid geyim forması ilə bağlı müzakirələrə münasibət bildirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5914 Ekm
Filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5014 Ekm
Gəncə İdman Liseyi – sağlam gələcəyin, güclü iradənin və idman uğurlarının ünvanı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1513 Ekm
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinə yeni rəhbər təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3413 Ekm
“Sabah”ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2913 Ekm
İranın daxili işlər naziri Azərbaycana səfər edib – Vilayət Eyvazovla görüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2713 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə