
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib.
Dəyişikliklərə əsasən, müharibə əlilləri və şəhid ailələri daşınmaz əmlakla bağlı sənədlərin verilməsi üçün dövlət rüsumu ödəməkdən azad ediliblər.
Qanuna görə, aşağıdakı xidmətlərə görə rüsum tutulmur:
• Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün reyestr çıxarışlarının və texniki sənədlərin (pasport və plan ölçü) verilməsi;
• Torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin aparılması;
• Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışın verilməsi;
• İpoteka hüququnun dövlət qeydiyyatına alınması;
•Daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər.
Dəyişiklik sosial cəhətdən həssas kateqoriyaları – müharibə, 20 Yanvar hadisələri və hərbi xidmət zamanı əlilliyi müəyyən edilmiş şəxsləri, habelə şəhid ailələrini əhatə edir.





