
Cənubi Koreyada sabiq prezident Yun Suk Yola (Yoon Suk Yeol) qarşı ölüm cəzası tətbiq olunması üçün məhkəməyə müraciət edilib. Prokurorluğun iddiasına görə, sabiq prezident 2024-cü ilin dekabrında hərbi vəziyyət elan etməklə Konstitusiyanı pozub və demokratik təsisatlara zərər vurub. Hərbi vəziyyət qısa müddət qüvvədə olub, lakin parlamentin fəaliyyətinin dayandırılması və təhlükəsizlik qüvvələrinin hərəkətinə səbəb olub.
Yun Suk Yol ittihamları rədd edir və hərbi vəziyyətin konstitusiya vəzifələrinin icrası məqsədilə elan edildiyini bildirir. Ekspertlər qeyd edirlər ki, Cənubi Koreyada ölüm cəzası hüquqi sistemdə mövcud olsa da, 1997-ci ildən bəri heç bir dəfə icra olunmayıb.
Məhkəmə qərarının yaxın aylarda çıxarılması gözlənilir.





