
Macarıstan Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın Qəzza Zolağı ilə bağlı “Sülh Şurası”na üzv olmaq təklifini qəbul edib.
Orban bu addımı öz ölkəsi və beynəlxalq sülh prosesi üçün “şərəf” hesab etdiyini bildirib. Təklifə əsasən, Orban yeni beynəlxalq qurumun işində iştirak edəcək və ABŞ administrasiyasına rəsmi şəkildə qərarını çatdırıb.
Qeyd edək ki, Sülh Şurası ABŞ liderliyi altında Qəzza Zolağının idarəetmə və yenidənqurma proseslərini koordinasiya etmək məqsədi daşıyır. İsrail hökuməti isə hələlik şuranın tərkibi ilə razılaşmadığını bəyan edib.





