
Müdafiə Nazirliyinin rəhbərliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Ziyarət zamanı Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib, məzarları önünə gül dəstələri qoyulub.






