
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının Nizamnaməsində dəyişiklik edilib.
Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyasında ali təhsilin bakalavr və ya magistr təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş təhsilalanlara diplomla yanaşı, döş nişanı da veriləcək.
Dəyişikliyin məqsədi Akademiya məzunlarının statusunun artırılması, onların peşəkar fəaliyyətə təşviq olunması və xidməti nüfuzunun gücləndirilməsidir.




