
Artan sərnişin tələbatını nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1 fevral tarixində Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
Bununla yanaşı, sərnişinlər bu istiqamət üzrə gündəlik fəaliyyət göstərən Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək imkanına malikdirlər.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi internet saytından, həmçinin “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.





