
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pekində Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında yayılan məlumatda bildirilir ki, nazirin səfəri Azərbaycan–Çin hərtərəfli strateji tərəfdaşlığının güclü dinamikasını əks etdirir və siyasi dialoq ilə əməkdaşlığın daha da dərinləşdirilməsinə dair ortaq iradəni nümayiş etdirir.
Görüş zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri və regional əməkdaşlıq məsələləri müzakirə edilib.





