
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin əməkdaşı Fuad Elxan oğlu Məmmədova general-mayor ali xüsusi rütbəsi verilib.
QanunTv.az xəbər verir ki, 34 yaşlı Fuad Məmmədov hazırda ölkənin ən gənc generalı hesab olunur. O, uzun illər ərzində gömrük orqanlarında müxtəlif məsul vəzifələrdə çalışaraq peşəkar fəaliyyəti ilə seçilib.
Qeyd edək ki, Fuad Məmmədov ötən il – 33 yaşında Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Bu il isə dövlət başçısının Sərəncamı ilə general-mayor ali xüsusi rütbəsinə layiq görülüb.
Bu təyinat və rütbə verilməsi gənc kadrların dövlət idarəçiliyində irəli çəkilməsinə və peşəkarlığın qiymətləndirilməsinə verilən önəmin bariz nümunəsi kimi dəyərləndirilir.
QanunTv.az





