
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Azərbaycanla müharibə mərhələsinin artıq başa çatdığını bildirib.
QanunTV.az xəbər verir ki, Simonyan bu barədə “Factor TV”yə verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, regionda gözlənilməz və kəskin hadisələr baş vermədiyi təqdirdə, müharibə səhifəsinin yenidən açılması ehtimalı yoxdur.
“Əgər kəskin hadisələr olmasa, hesab edirəm ki, bu səhifə bir daha açılmayacaq. Mən bu səhifəni bağlanmış sayıram”, – deyə o vurğulayıb.
Parlament sədrinin qeyd etdiyinə görə, Ermənistan tərəfinin müharibə dövrünün bitdiyi və sülh mərhələsinin başladığına dair mövqeyi və ritorikası ölkə ictimaiyyəti tərəfindən də qəbul edilib.





