
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar telefon danışığı aparıblar.
"Qanuntv.az" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
Danışıq zamanı C.Bayramov İslamabadda baş verən partlayışla əlaqədar Azərbaycan Prezidenti, hökuməti və xalqı adından başsağlığı verib və Pakistanla həmrəyliyini ifadə edib.
Pakistanın Baş nazirinin müavini və XİN başçısı hücumu qətiyyətlə pisləyib, ölkəsinin terror təhlükəsi ilə mübarizə əzmini bir daha təsdiqləyib. Nazirliklər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə edib, iki ölkə arasındakı möhkəm tərəfdaşlıq təsdiqlənib.





