
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Vatikan səfəri çərçivəsində Roma Papası ilə görüşüb. Görüş zamanı Paşazadə Azərbaycan rəhbərliyinin salamlarını çatdırıb və ölkəmizdə dinlərarası harmoniyanın yüksək səviyyədə olduğunu vurğulayıb.
Allahşükür Paşazadə həmçinin Papa ilə dinlərarası dialoq, multikulturalizm və sülh əməkdaşlığı mövzularını müzakirə edib, Azərbaycana rəsmi səfərə dəvət edib. Roma Papası isə bu dəvəti məmnuniyyətlə qəbul edib və Azərbaycan səfərinə maraq göstərdiyini bildirib.
Görüşdə həmçinin katolik icmasının fəaliyyəti və Azərbaycanda dini layihələrin icrası məsələləri də müzakirə olunub.





